CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: bakı

04:46 30.09.2026

Bakıda “Türkün Gücü” sənədli filminin təqdimatı keçirilib

63

Bakıda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən hazırlanan “Türkün Gücü” adlı sənədli filmin nümayişi keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk dövlətlərinin səfirləri və diplomatları, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Nümayiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Filmin layihə rəhbəri Kəmalə Paşayeva bildirib ki, sənədli film mərhum deputat Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb. Onun sözlərinə görə, layihənin əsas məqsədi Türk dünyası arasında əlaqələri gücləndirmək və körpü yaratmaqdır. Filmdə İkinci Qarabağ müharibəsindən sonra Qarabağın yenidən qurulması və bərpası prosesində türk dövlətlərinin Azərbaycana göstərdiyi dəstək və həmrəylikdən bəhs olunur. Kəmalə Paşayeva qeyd edib ki, Türk dünyası Qarabağ müharibəsindən əvvəl və sonra birlik nümayiş etdirərək öz həmrəyliyini bütün dünyaya göstərib. O, Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Türk dünyasından başqa ailəmiz yoxdur” sözlərini də xatırladıb. Deputat Polad Bülbüloğlu filmin Türk dünyası ölkələri arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. O, 1992-ci ildə türk dövlətlərinin mədəniyyət nazirlərini ilk dəfə bir araya gətirdiyini xatırladıb. Bülbüloğlu Bakıda keçirilən görüşdən sonra növbəti toplantının Türkiyədə keçirilməsi barədə qərar qəbul edildiyini və həmin görüşlərin nəticəsində TÜRKSOY-un yaradılması istiqamətində mühüm addım atıldığını qeyd edib. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel isə Qarabağı Türk dünyasının yenidən canlanmasının simvollarından biri kimi qiymətləndirib. O, bölgənin bərpası və yenidən qurulmasına böyük əhəmiyyət verdiklərini vurğulayıb. Bayel Türk dünyasının həmrəyliyini və gücünü nümayiş etdirdiyini bildirərək, Türk dünyasının birliyinin mərhum deputat Qənirə Paşayevanın əsas ideyalarından biri olduğunu qeyd edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR