CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Bakı

09:09 24.10.2026

Bakıda futbol həyəcanı: FIFA U-15 dünya çempionatı başlayır

42

Bakıda FIFA U-15 dünya çempionatı və festivalına bu gün start veriləcək. Crossmedia.az xəbər verir ki, yarışın ilk günündə 92 matç keçiriləcək. Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq. Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək. Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb. Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR