CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Amerikalı

13:47 12.10.2026

Amerikalı diplomat Ağ Evin Ukrayna ilə bağlı planını açıqladı: "Mətbəxdə" nə baş verir?

67

ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi ilə bağlı çağırışları beynəlxalq siyasi gündəmdə müzakirələrə səbəb olub. Tramp Ukraynada seçkilərin keçirilməməsini tənqid edərək, ölkədə demokratik seçki prosesinin bərpasının zəruriliyini önə çəkir. Bununla belə, müharibə şəraitində seçkilərin təşkili təhlükəsizlik, hüquqi legitimlik və milyonlarla ukraynalının seçki hüququnun təmin edilməsi baxımından ciddi çətinliklər yaradır. Kiyevin mövqeyinə görə, hərbi əməliyyatlar davam etdiyi müddətdə ölkədə normal seçki prosesinin təşkili mümkün deyil. Digər tərəfdən, seçkilər məsələsinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda gündəmə gətirilməsi bu tələbin siyasi məqsədləri barədə də suallar doğurur. Beləliklə, Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi yalnız daxili siyasi proses deyil, həm də Vaşinqton, Moskva və Kiyev arasındakı münasibətlərə təsir göstərə biləcək mühüm geosiyasi amil kimi çıxış edir. ABŞ dövlət departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl bu barədə Crossmedia.az-a danışıb: "Trampın Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışı, Moskvanın da istədiyi mövqeni təkrarlamaqla, açıq şəkildə Rusiyaya Ukrayna daxilində parçalanmanı təşviq etmək, ölkəni zəiflətmək və Kiyevi Moskvanın diktə etdiyi “sülh” şərtlərini qəbul etməyə məcbur etmək imkanı yaratmağa hesablanıb. Bu, Trampın indiyədək yürütdüyü siyasətlə tamamilə uzlaşır: Rusiyanı dəstəkləmək, eyni zamanda Rusiyanın təcavüzünə məruz qalan Ukraynanı tənqid etmək". Müşahidəçi

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR