ABŞ konqresmeni: Amerikalılar əsassız müharibələrdən yorulub
ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortes amerikalıların ölkənin əsassız müharibələrə cəlb edilməsindən narazı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Konqresmen qeyd edib ki, ABŞ vətəndaşları ölkənin heç bir əsas olmadan müharibələrə cəlb edilməsindən artıq yorulublar.
O, Vaşinqtonun xarici siyasətdə daha məsuliyyətli qərarlar qəbul etməsinin vacibliyini vurğulayıb.
11:09 24.07.2026
Oxunuş sayı: 33