CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Akademiya

18:15 12.10.2026

“Diaspor Akademiyası-3” layihəsinin ilk təlimi keçirilib

63

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Akademiyası-3” layihəsinə start verilib. Oktyabrın 10-da “Zoom” proqramı vasitəsilə baş tutan ilk təlim “Diaspor siyasətinin əsasları və qlobal modellər: dövlət-diaspor münasibətləri və institusional çərçivə” mövzusuna həsr olunub. Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara diaspor anlayışının tarixi və mahiyyəti, diaspor fəaliyyətinin əsas istiqamətləri, lobbiçilik təcrübəsi, eləcə də müxtəlif ölkələrdə diaspor siyasətini tənzimləyən normativ-hüquqi çərçivə barədə ətraflı məlumat verib. İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, öz təcrübələrini bölüşüb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Təlimlər bu ilin oktyabr–dekabr aylarında həftədə bir dəfə keçiriləcək. Yekunda “Diaspor Akademiyası-3” layihəsindən məzun olan şəxslərə sertifikat veriləcək. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi diaspor nümayəndələrinin bilik və bacarıqlarının artırılması, onların səmərəli diaspor fəaliyyətinə hazırlanması, fandreyzinq alətlərinə yiyələnməsinə dəstək göstərilməsi, eləcə də əldə etdikləri bilik və təcrübəni yaşadıqları ölkələrdə fəaliyyət göstərən digər diaspor nümayəndələrinə ötürə biləcək kadrların hazırlanmasıdır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR