İqtisadiyyat

Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2024-cü il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 14164,0 milyon manat təşkil edib.

Crossmedia.az Mərkəzi Banka istinadla xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin 66,0 faizi milli, 34,0 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 13,3 faiz artıb. 

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,85 (1,85) manata, 100 Türk lirəsinə 4,96 (5,24) manata, 100 Rus rubluna 1,77 (1,87) manata bərabər olub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il