Energetika

Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Crossmedia.az Neft Şirkətinə istinadən xəbər verir ki, bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar.

Qeyd edək ki, Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il