Səhiyyə

Kanadada aparılan bir araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirli olanların ağciyərlər üzərində daha zərərli təsirə malik olduğu müəyyən edilib.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, "McGill" Universitetindən Ajita Tanabalasuriarın rəhbərliyi ilə aparılan bu araşdırmada meyvə ətirlərinin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyi və bədənin zərərli mikrobları qarşısını alma qabiliyyətini çətinləşdirdiyi ortaya çıxıb.

Araşdırmaya əsasən, meyvə ətirli elektron siqaretlərdəki kimyəvi maddələr ağciyər hüceyrələrində müdafiə yollarını bloklayır. Bu isə bədənin mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdəki immun hüceyrələrinin hərəkətinə mane olur.

Aparılan təcrübələrdə, böyürtkən ətirli buxarların alveol makrofaqları (ağciyər immun hüceyrələri) iflic edərək bakteriyalara qarşı müdafiə göstərmələrinə mane olduğu müşahidə edilib. Bu isə təcrübə aparılan siçanlarda sağ qalma nisbətinin azalmasına səbəb olub. Alimlər bu zərərli təsirlərin hansı kimyəvi maddələrdən qaynaqlandığını təyin etmək üçün tədqiqatlarını davam etdirirlər.

Dossent bu nəticələrin xüsusilə uşaqlara yönəlik satılan bu məhsullar üçün ciddi xəbərdarlıq olduğunu bildirərək, “Ətirli maddələrin sağlamlığa mənfi təsirlərinə diqqət yetirməliyik",- deyib.

Bu araşdırma meyvə ətirli elektron siqaretlərin sağlamlığa olan təsirləri haqqında önəmli xəbərdarlıq təqdim edərək, bu cür məhsulların xüsusilə gənclər arasında yayılmasının qarşısını almağın vacibliyini vurğulayır.

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il