Media və QHT

COP29 konfransının Bakıda keçirilməsinə sayılı günlər qalarkən, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT-lər) iqlim dəyişikliklərinə qarşı mübarizədə fəallıqlarını artıraraq ölkə daxilində yeni təşəbbüslərə start veriblər. Bu tədbirlər çərçivəsində QHT-lər ekoloji maarifləndirmə layihələri, infoturlar və iqlim problemlərinə dair müzakirələr təşkil edir. Layihələrin məqsədi həm ölkə daxilində iqlim dəyişikliyi barədə məlumatlılığı artırmaq, həm də Azərbaycanın beynəlxalq iqlim hərəkatındakı rolunu gücləndirməkdir.

“COP29: Azərbaycanın İqlim Hərəkatı Təşəbbüsləri” Layihəsi

"Gənclərə Qayğı" və "Gənclərin Töhfəsi" ictimai birlikləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə iqlim mövzularında geniş maarifləndirici layihələr həyata keçirir. “COP29: Azərbaycanın İqlim Hərəkatı Təşəbbüsləri” adlı layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında infoturlar təşkil olunur. Bu infoturlar vasitəsilə gənclər və yerli icmalar təbiətin qorunmasının əhəmiyyəti və iqlim dəyişiklikləri ilə mübarizə yolları haqqında məlumatlandırılırlar.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Crossmedia.az-a açıqlamasında layihənin əhəmiyyətindən danışıb: “Bu layihə Azərbaycanın QHT-lərinin qlobal iqlim tədbirlərində daha fəal iştirakına yeni imkanlar yaradır. Layihə çərçivəsində Azərbaycanın yaşıl enerji potensialının təbliğinə yönəlmiş fəaliyyətlər həyata keçirilir və yerli gənclər iqlim mövzusunda maarifləndirilir. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq miqyasda yaşıl iqtisadiyyata keçidini dəstəkləyir.”

Vəliyev əlavə edib ki, layihə çərçivəsində Naxçıvan və Bakı forumları təşkil edilib və Afrika qitəsindən gələn ekspertlər iqlim tədbirlərində yerli gənclərlə öz təcrübələrini bölüşüblər.

Azərbaycan QHT-ləri ölkənin yaşıl enerji potensialının qiymətləndirilməsi istiqamətində də fəallıqlarını artırırlar. Beynəlxalq Hüquq Sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyi Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Naxçıvanda yaşıl enerji imkanlarının araşdırılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinin enerji potensialı öyrənilir və nəticələr sənədli veriliş, video reportajlar və maarifləndirici nəşrlər vasitəsilə ictimaiyyətə təqdim edilib.

Beynəlxalq Hüquq Sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin İdarə Heyetinin üzvü, araşdırmaçı-jurnalist Anar Turan Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan QHT-lərinin COP29-da öz pavilyonlarında beynəlxalq tədbirlər keçirilib: “Bu tədbirlərdə Kongo, Qana, Pakistan, Nepal, Banqladeş, Türkiyə və Almaniyadan olan ekoloqlar və iqlim mütəxəssisləri öz təklif və fikirlərini bölüşüblər. Azərbaycan QHT-ləri COP29 çərçivəsində iqlim problemlərinin həlli istiqamətində təkliflər irəli sürərək qlobal iqlim hərəkatında mühüm rol oynayacaq”.


Azərbaycan QHT-ləri COP29 tədbiri ilə əlaqədar ekoloji maarifləndirmə aksiyaları, infoturlar və elmi tədqiqatlar təşkil edirlər. Bu tədbirlər geniş ictimaiyyətin məlumatlandırılması və gənclərin iqlim dəyişikliklərinə qarşı aktiv mübarizəsi üçün nəzərdə tutulub. QHT-lər bu fəaliyyəti ilə Azərbaycanın iqlim strategiyalarının həyata keçirilməsinə və COP29 konfransının qəbul edəcəyi qərarların icrasında ölkəmizin mövqeyini gücləndirməyə kömək edirlər.

COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasi nüfuzunu artırmaqla yanaşı, ölkənin yaşıl iqtisadiyyata keçid prosesini sürətləndirəcək. Bu konfransda Azərbaycanın əldə edəcəyi təcrübə, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerji sahəsində dünya ölkələri ilə əməkdaşlığını gücləndirəcəkdir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il