Dünya xəbərləri

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqı ölkələrinin öz səhvlərini gizlətmək üçün Moskvaya qarşı hibrid müharibəyə başladığını bildirib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə Aİ-nin Brüsseldə keçirilən sammitinin nəticələrini şərh edərkən bildirib.

Diplomat vurğulayıb ki, “Bu ölkələr Rusiyaya qarşı hibrid müharibəyə başlayıblar. Rusiyanı şeytanlaşdırmaq üçün çılğın təbliğat aparılır. Bütün bunlar Aİ-nin Avropa İttifaqı vətəndaşları ilə bağlı öz səhvlərini ört-basdır etmək üçün lazımdır”.

Zaxarova həmçinin qeyd edib ki, Aİ-nin hərəkətləri anti-Rusiya ritorikasını gücləndirməyə və diqqəti Avropa dövlətlərinin daxili problemlərindən yayındırmağa yönəlib.

Gültac Mehdizadə 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il