Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampı ABŞ-də prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Trampın beynəlxalq məsələlərdə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirir. O qeyd edib ki, məhz bu prinsip Ukrayna üçün ədalətli dünyanı daha da yaxınlaşdıra bilər.
Ukrayna prezidenti həmçinin ABŞ-də hər iki tərəfin Ukraynaya dəstəyinin davamlı olacağına ümid etdiyini vurğulayıb.
Gültac Mehdizadə