Rusiya prezidenti Vladimir Putin Respublikaçı Donald Trаmpı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezidentin Trampı Seçki münasibətilə təbrik etmək planları barədə məlumatım yoxdur. Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayı yolla dövlətimizə qarşı müharibədə iştirak edən, dost olmayan bir ölkədən gedir",- deyə o, qeyd edib.