Avropa

ABŞ- də prezident seçkilərində Respublikaçılar qalib gəldilər. Donald Tramp çıxışlarında bildirirdi ki, hakimiyyətə yenidən qayıtsa, hər şey fərqli olacaq: Rusiya- Ukrayna münasibətlərini tənzimləyəcək və mümkün dərəcədə sabitliyi qorumağa çalışacaq. 
Onun prezident seçilməsinin indiki halda Rusiya-Ukrayna müharibəsinə eləcə də Yaxın Şərqdəki münasibətlərə necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tural İrfan qeyd edib ki, Trampın əvvəlki prezidentlik təcrübəsinin, digər imkanlarının onun nüfuzunun daha irəlidə olduğunu göstərirdi:

"ABŞ-nin dərin dövlət prinsiplərinə və ideoloji institutlarının qərarına əsasən bir dönəm respublikaçı, ikinci dönəm demokrat namizəd prezident olur. Bunu İran barədə də demişdik ki, bir dönəm mühafizəkar prezident olur, qəti və sərt qərarlar onun əli ilə qəbul edilir. Sonrakı dönəmdə isə nisbətən mülayim və islahatçı görkəmli namizəd prezident olur və yaranan gərginliyi aradan qaldırmağa, zahiri islahatlara meyl edir. Bu ABŞ - nin ideoloji siyasi institutlarının dəst- xəttidir və başqaları da bu ənənəni təkrarlamağa cəhd edirlər.  Trampın siyasi platforması daha aydın və daha qətidir"

Ekspert ABŞ- nin digər dövlətlərlə olan münasibətinə də toxunub:

"Bu gün ABŞ özünə əsas rəqib kimi Çini hesab edir. Qərbin, konkret olaraq ABŞ - nin dünya maraqlarına rəqib olan, iqdisadi və siyasi, hərbi təhdid yaradan Çin hesab olunur. Çinin də Rusiya, İran və digər anti - ABŞ mövqeyində duran dövlətlərlə ciddi müttəfiqliyi var. Digər namizəddən fərqli olaraq Trampın platformasında Çin barədə siyasi tezislər, konkret mövqe və ABŞ - nin bu istiqamətdə aparacağı siyasət xətti təsbit olunub. Məhz əsas problem Rusiya deyil, Çindir. Şərqdə yaranan Həmas-İsrail məsələsində də hər nə qədər Tramp yəhudipərəst görünsə də obyektiv qərarlar qəbul etməsi gözlənilir. Çünki o, ABŞ - da aparıcı və həlledici gücə malik olan yəhudi lobbisini narazı sala bilməz və eyni zamanda müsəlman dünyası ilə də gərginliyi artıra bilməz"


Politoloq Rusiya - Ukrayna müharibəsinin Trampın dövründə başa çatacağının gözlənilən olduğunu bildirib. O, söyləyib ki, Tramp Rusiya ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil və əsas hədəf və təhlükə olaraq Çini görür. Həmçinin Ukraynada Qərbin uduzduğunun fərqindədir.


Politoloq sonda vurğulayıb ki, onun prezidentlik dövrü əvvəlki prezidentlik dövründən fərqlənəcək:

"İndiki dünyanın durumu, gedən savaşlar ötən dövrdəkindən fərqlidir. Şübhəsiz ki, bu dövrdə daha gərgin, daha obyektiv və dəqiq qərarlar qəbul etməli olacaq. Çünki İran - İsrail, İsrail - Fələstin, Rusiya - Ukrayna, Çin - Tayvan münasibətləri artıq müharibə həddindədir və savaşın dərinləşməsi ABŞ-nin bir çox sahələrdə həlledici roluna zərbə vura bilər. Çünki bir neçə cəbhədə savaşmaq, nəticədə dünya müharibəsinə yol açmaq ABŞ-nin də tənəzzülünə yol aça bilər və Çinin aparıcı güc halına gəlməsinə səbəb ola bilər.
Hesab etmək olar ki, Trampın Yaxın Şərqdə nisbi sabitliyi təmin etməyə cəhdləri nəticə verəcək, Türkiyə və Rusiya ilə də bir çox mövzuda anlaşacaq ki, əsas hədəf olaraq Çinə qarşı addımlar ata bilsin".

Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il