Media və QHT

Hər il qeyd olunan Teleradio Günü, medianın cəmiyyət üzərindəki əhəmiyyətli təsirini və onun sosial məsuliyyətini vurğulamaq üçün xüsusi bir
gündür. Bu gün teleradio yayımının  tarixini və bu sahədə çalışan jurnalistlərin fədakarlığını anmaqla yanaşı, müasir texnologiyaların və yeniliklərin işıqlandırılması ön plana çıxarılmalıdır. İctimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi üçün teleradio yayımın rolunu
qeyd etmək üçün əla bir fürsətdir.

Crossmedia.az saytı tarixi gün ilə bağlı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin fikirlərini öyrənib:

“Aydındır ki, televiziya və radionun yaranışı ilə həm jurnalistika, həm də kütləvi informasiya vasitələri, kommunikasiya platformalarının keyfiyyət anlayışı genişləndi. Məsələn, radio ilk dövrdə adi rabitə vasitəsi idi, amma insan nəfəsi, söz əlavə olunduqda bu, öz mənasını və funksiyasını xeyli dərəcədə artırdı. Televiziyanın meydana çıxması 50-ci illərin ortasında kütləvi informasiya vasitələrini bir növ tamamladı. Mükəmməl bir KİV sistemi yarandı”.

Qulu Məhərrəmli teleradio yayımı sahəsində informasiya hücumlarına, təhdidlərinə qarşı real və praktiki həll yolları mövcudluğundan da bəhs edib:

“Burda iki məsələ var ki, biz bunu qarışdırmalı deyilik. Televiziya, radio, internet-bunlar vasitədir. Biz o vasitədən necə istifadə edirik? Bu vasitələrlə kino, reklam göstərilir, xəbər verilir. Buna görə məşhur kanadalı sosioloq Marshall McLuhan deyir ki:” Məlumat özü vasitədir”. Onu bilməliyik ki, vasitədən biz kontenti genişləndirmək üçün istifadə etməliyik. İnformasiya müharibəsində də o vasitələrdən istifadə olunur. Təbliğat, təşviqat, təxribat, manipulyasiya- bunların hamısı jurnalistikadan kənar təzahürlərdir və onların qarşısını almaq üçün hədəfdə olan indiki tərəf - Azərbaycandır”.

Əməkdar jurnalist həmçinin gələcəkdə Azərbaycan teleradio yayımının texnoloji yeniliklərindən də danışıb:

“Texnoloji yenilik hər gün baş verir. Dünənə qədər analoq yayımı, indi isə rəqəmsal yayındır. Prezidentin xüsusi sərəncamı ilə 2020-ci ilə qədər bütün telekanallar rəqəmsal yayıma keçib. Bu, görüntünün yaxşılaşdırılmasıdır, amma əsas məsələ məzmundur, verilişlərin keyfiyyətidir, tamaşaçını cəlb etməkdir. Məzmunu yaxşılaşdırmaq isə televiziya əməkdaşlarının  yüksək səviyyədə həll etməli olduqları işdir”. 

Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il