Media və QHT

Bakı Dövlət Universiteti və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycana qarşı informasiya müharibələrinin təsirlərini və buna qarşı atılacaq addımları müzakirə etmək məqsədilə dəyirmi masa keçirilib.

Dəyirmi masada tədbiri açıq elan edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid informasiya müharibələrinin cəmiyyətlərə təsirini vurğulayaraq, xüsusilə beynəlxalq COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı yönəldilmiş təxribat xarakterli məlumatların təhlükəli nəticələrindən danışıb. Məcid bu hücumlarla mübarizə aparmaq üçün medianın birləşməsinin, düzgün və şəffaf məlumatın ictimaiyyətə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Crossmedia.az-a açıqlama verən Məcid informasiya hücumlarının Azərbaycanın imicinə və milli maraqlarına təhdid yaratdığını qeyd edərək, medianın bu məsələlərdəki məsuliyyətindən geniş bəhs edib. O, xüsusilə COP29 kimi beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı baş qaldıran informasiya kampaniyalarına qarşı effektiv tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycana qarşı məqsədli informasiya hücumlarının artdığı bir vaxtda mətbuatın üzərinə düşən vəzifələr, Jurnalistika Fakültəsinin bu mövzularda tələbələri necə hazırlamalı olduğu, həmçinin saxta və yalan xəbərlərin əsl mahiyyəti və yayılmasının qarşısının alınması məsələləri diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Azərbaycan mediasının gələcəkdə informasiya müharibələrinə qarşı daha hazırlıqlı olması üçün lazımi tədbirlərin həyata keçirilməsi və peşəkar yanaşmaların artırılması məqsədilə davamlı işlər görüləcəyi qeyd olunub.

 

Maral Şahverdili

Foto: Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il