Media və QHT

Artıq qəzetlərin rəqəmsallaşması dövrünə qədəm qoymuşuq. Rəqəmsallaşma zaman və məkan maneələrini aradan qaldırır. Dünyanın istənilən yerindən məlumat və əyləncəyə anında çıxış əldə etməyə imkan verir.

Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli fikirlərini Crossmedia.az-a bildirib:

“Yaşadığımız dövrdə təkcə media subyektlərinin deyil, ümumilikdə kommunikasiyanın tipi dəyişir. Bütövlükdə kommunikasiya rəqəmsal mühitə transformasiya edir. Bu baxımdan media subyektlərinin də yeni dövrün tələblərinə uyğunlaşması zəruri bir hal olaraq ortaya çıxır. Bu baxımdan media subyektlərinin də rəqəmsal texnologiyalar dövrünə transformasiya etməsi prosesi baş verir. Təsadüfi deyil ki, rəqəmsal texnologiyalar dövründə media subyektlərinin konvergensiya olunmuş modeli ortalığa çıxır. Konvergensiya olunmuş model odur ki, artıq bizim ənənəvi media tipləri özlərinin ənənəvi  media yayım formalarını saxlamaqla yanaşı, həm də multikommunikasiya tiplərindən istifadə edirlər. Həm sosial şəbəkələr üzərində, həm özlərinin onlayn versiyaları, yəni saytlar üzərində yayımlar verirlər. Müxtəlif tipli platformalardan istifadə edərək auditoriya ilə əlaqələrini qura bilirlər. Kimlər ki, konvergensiya prosesini uğurla keçir, kimlər ki, rəqəmsal dövrə transformasiya edə bilirsə, həmin media subyektləri özlərinin fəaliyyətini uğurla davam etdirə bilirlər. Bu prosesdən geri qalanlar, təbii ki, obyektiv olaraq, rəqabətə tab gətirə bilməyib sıradan çıxırlar. Bu baxımdan ən ciddi problemlərdən biri bizim qəzetlərlə bağlıdır. Qəzetlərin ənənəvi formada, yəni kağız variantda yayımlanmaları kommersiya baxımından əlverişli deyil. Çünki kağız yayımının infrastrukturu ortadan çıxır. Həmçinin kağızın istehsalı, kağız üzərində emal etmə bahalı bir prosesə çevrilir və eyni zamanda operativ məlumatların çatdırılması baxımından geridə qalır. Bu baxımından hesab edirik ki, artıq qəzetlərin kağız versiyada çap olunması, yayımlanması prosesi getdikcə sıradan çıxır. Amma bu ümumilikdə qəzet redaksiyasıyalarının sıradan çıxır anlamına gəlməməlidir. Çünki istənilən dövrdə obyektiv, etibarlı kütləvi informasiya ehtiyacı var. Hesab edirəm ki, qəzetlərin tamamilə sıradan çıxması əlverişli deyil, amma klassik formada qalması da mümkün deyil. Qəzet redaksiyalarının rəqəmsal dövrə transformasiya edilməsi məsləhətdir. Kağız formada yox, elektron daşıyıcıda onlayn versiyalara üstünlük vermələri, öz işlərini bu istiqamətdə yönəltmələri zəruridir. Bu, dövrün əsas tələbidir. Bu baxımdan təklif edərdim ki, bizim qəzet redaksiyaları peşəkar heyətlərini qorumaqla kağız versiyadan rəqəmsal formaya transfer etsinlər”.

Samirə Kərimli 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il