Media və QHT

Media cəmiyyətin məlumatlanma səviyyəsini artırır və ictimai rəyi formalaşdırır. Buna görə də media ilə ictimaiyyət arasındakı etimadı artırmaq üçün qarşılıqlı olaraq bir neçə addımı əsas götürə bilərik. 

Mövzu ilə bağlı Crossmedia.az-a Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova açıqlama verib. O bildirib ki, əvvala, şəffaflıq və doğruluq vacibdir. Mediada yayılan bütün məlumatlar dəqiq, yoxlanmış və obyektiv olmalıdır. Media subyektləri bütün resurslarını bu istiqamətdə səfərbər etməlidir. 

Müsahib qeyd edib ki, ikinci əsas addım maraqların təmsili ilə bağlıdır. İctimaiyyətə cəmiyyətin ən müxtəlif təbəqələrinin maraqlarını nəzərə alan balanslı kontent təqdim olunmalıdır. Fərqli baxışlar və problemlərə fərqli yanaşmalar yelpazəsi auditoriyaya çatdırılmalıdır:

“Daha bir şərt media və informasiya savadlılığının artırılması ilə bağlıdır. İctimaiyyətin media mənbələrini düzgün qiymətləndirməsi üçün media savadlılığı orta məktəbdən başlayaraq tədris olunmalı və insanların saxta xəbərləri tanıma qabiliyyəti inkişaf etdirilməlidir”,- deyə Xatirə Hüseynova vurğulayıb. 

Sonda Xatirə Hüseynova əlavə edib ki, etimadın artırılması üsullarından biri də ictimaiyyətlə dialoqun qurulması və davamlı saxlanılmasıdır. Sosial media və ya digər platformalar vasitəsilə ictimaiyyətlə birbaşa və qarşılıqlı dialoq qurmaq, onların suallarını cavablandırmaq və geri dönüşləri nəzərə almaq zəruridir.

Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il