Media və QHT

Media bazarı istehlakçıların tələbinə uyğun olaraq daim dəyişir. Media bazarı informasiya və məzmun istehsalı, yayımı və istehlakını əhatə edir. Bəs media bazarının dinamikasına təsir edən əsas amillər nələrdir?

Mövzu ilə bağlı yeni media üzrə tədqiqatçı Səbinə İzzətli Crossmedia.az-a açıqlama verib. O, media bazarına təsir edən əsas amilin texnoloji inkişaf olduğunu deyib və əlavə edib ki, texnoloji inkişaf dedikdə internet, mobil cihazlar, sosial media platformaları nəzərdə tutulur. Səbinə İzzətli sosial medianı xüsusi vurğulayıb:

“Artıq media bazarında nəyin trend, nəyin prioritet olduğunu müəyyən edən sosial şəbəkələrdə, internet məkanında cərəyan edən yeniliklərdir. Günümüzdə istehlakçı davranışları da dəyişib. Bu gün insanlar sosial mediada nəyə üstünlük verir? Nəyi paylaşır? Nəyi etiketləyir? 

Bütün bu davranışlar medianın məzmununa təsir edir. Medianın kontekstinin dəyişməsi bazara öz təsirini göstərir. Medianın konteksti dəyişdikcə bazarın tələbləri də dəyişir. Media məzmun ilə qazanmağı özünə prioritet seçibsə, hökmən məzmununu sata bilməlidir. Satmaq üçün istehlakçı davranışlarını ciddi öyrənmək və analiz etmək lazımdır”.

İzzətli sosial medianın reklam bazarına təsirindən də söz açıb: 

“Dünyada  bir çox böyük media qurumları reklam üzərindən rəqabət aparmaqdan və gəlir əldə etməkdən imtina etmək istəyirlər. Onlar fikirləşirlər ki, sosial media reklam bazarını media qurumları üçün öldürüb. Artıq böyük şirkətlər, reklamı media qurumlarında yox, sosial mediada yaymağa üstünlük verir. Çünki, bu daha ucuz başa gəlir. Xaricdə hesab edillir ki, auditoriyaya şəffaf olmaq üçün reklamdan qazanc əldə etməkdənsə, məzmunu satdığımız istehlakçılardan qazanmaq lazımdır. Onlar pullu abunəliklərə keçir, kontenti zənginləşdirir, yeni texnologiyalardan istifadə edərək məzmun yaradır ki, insanlara maraqlı gəlsin və orijinal olsun. Bu daha şəffaf yanaşmadır”.

Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il