Media və QHT

COP29 tədbirində Azərbaycan nümayəndə heyətinin tərkibində yüzlərlə jurnalist iştirak edir. Tədbirdə qeyri-qanuni fəaliyyət göstərməsinə baxmayaraq, “Azadlıq” radiosunun jurnalistinin də olması medianın azad fəaliyyətinə şərait yaradıldığını göstərir. Bu fikri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azadlıq” radiosu jurnalistinin sualına cavab verərkən bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanda qanunun aliliyi təmin olunur və heç kim qanundan üstün deyil. O, jurnalistlərdən peşəkar mövzularda - xüsusilə iqlim maliyyələşməsi kimi əsas məsələlərdə danışmağı tövsiyə edib.

Mövzu ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə biz mütəmadi olaraq bəzi beynəlxalq media quruluşlarının ölkəmizə qarşı müxtəlif səpkili və manipulyativxarakterə malik kampaniya apardıqlarının şahidi olmaqdayıq. Və bir çox hallarda bu qeyri-obyektiv yanaşma zamanı peşə etikası, jurnalistikanın ali dəyərləri, tərəfsiz və obyektiv baxış prinsipi kobud şəkildə pozulur. Qeyri-obyektiv rəy formalaşdırmaq, informasiyanı təktərəfli çatdırmaq qəbuledilməzdir. Hazırda biz məhz bu cür münasibətin şahidi olmaqdayıq.

V.Zifəroğlu vurğulayıb ki,  mediada qeyri-obyektiv rəy formalaşdırmaq, yəni tərəf tutmaq və ya məlumatları təhrif edərək təqdim etmək, beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə də ziddir. Bu mövzu bir çox beynəlxalq sənədlərdə öz əksini tapıb və media etikası ilə bağlı qaydalar jurnalistlərin obyektivlik prinsiplərinə əməl etmələrini tələb edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (1948) 19-cu maddəsində ifadə azadlığı və məlumat axtarma, alma və yayma hüquqları təminatı ilə yanaşı, bu hüquqdan, media vasitəsilə dezinformasiya və ya qeyri-obyektiv rəy formalaşdırmaqməqsədi ilə istifadə edilməməsi vurğulanır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində ifadə azadlığı hüququ təminatı ilə yanaşı, bu hüququn ictimaiyyətin obyektiv və dəqiq məlumat əldə etmə hüququ ilə balanslaşdırılmasının vacibliyi qeyd edilir. UNESCO-nun"Media Etikası və Peşə Davranış Kodeksi"ndə medianın cəmiyyət qarşısında məsuliyyəti vurğulanır və obyektiv, düzgün məlumat verməyi tövsiyə edilir.

O, həmçinin əlavə edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının medianın rolu ilə bağlı tövsiyələrində medianın vətəndaşlara obyektiv və düzgün məlumat təqdim etməsi tələb olunur və s. Lakin təəssüf ki, bəzi beynəlxalq media quruluşları daha çox qeyri-obyektiv yanaşmalar və manipulyativ, çaşdırıcı, təktərəfliyönləndirici münasibətlər sərgiləməklə bu prinsiplərdən kənara çıxırlar. Bu cür yanaşmaların səbəbləri isə bəzi beynəlxalq media qurumlarının regional maraqlar, siyasi təsirlər və ya fərqli ictimai-siyasi kontekstlərdən qaynaqlanan fərqli baxış bucaqları sərgiləyən beynəlxalq güclərin maraqlarından çıxış etmələridir.


Maral Şahverdili 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il