Media və QHT

Medianın İnkişafı Agentliyində (MEDİA) Albaniyanın Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Crossmedia.az xəbər verir ki, MEDİA-dan bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.

Daha sonra Azərbaycanın Albaniyada fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il