Çarpaz baxış

ABŞ-nin dünya dövlətləri ilə apardığı siyasət hər zaman diqqət mərkəzində qalmağa davam edir. O, siyasi aktor rolunda çıxış etməyə çalışaraq digər dövlətləri də öz tərəfinə çəkməyə çalışır. Biz əvvəlcə onun Ukrayna, sonra İsrail, daha sonra isə Ermənistandan öz əməlləri üçün platforma kimi istifadə etdiyini gördük. Məqsəd isə nəticədə ABŞ-nin öz siyasi və iqtisadi maraqlarını təmin etməsi idi. 
Hazırda isə vəziyyət bir az daha fərqlidir. Hakimiyyətdə Demokratları Respublikaçılar əvəz edəcək. Baydenin hakimiyyəti dövründə o, Ermənistan tərəfindən çıxış edir və Amerika Ermənistanı silanlandırırdı. 
Hakimiyyətə yenidən gələn Trampın dövründə də bu hal yaşanacaq yoxsa o, çıxışlarında dediyi kimi dünyada sülhü təmin etməyə və qorumağa çalışacaq?

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Crossmedia.az-a açıqlamasında Amerikanın xarici siyasətində ciddi dəyişikliyin gözlənilmədiyini bildirib:

"Amerikanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir. Onun milli maraqlarını təmin etməsi xətti dəyişməyəcək. Burada əsas məsələ mövcud admintrasiyanın hansı formada bu siyasəti həyata keçirməsi və ya bu siyasətin tətbiqi zamanı hansı ölkələr və qüvvələrlə işləməsidir. Baydenin dövründə Cənubi Qafqaz Ermənistan üzərindən platforma kimi istifadə edirdi. ABŞ Ermənistanın qeyri- rəsmi tərəfdaşına oldu. Bu isə regionda Ermənistan- Azərbaycan münasibətlərinin normallaşma prosesinə təsir etdi. Region xüsusilə ABŞ-Rusiya arasında geosiyasi qarşı durma meydanına çevrildi. Bu, Trampın dövründə dəyişə bilər"

Ekspert Trampın və Baydenin Azərbaycana göstərdiyi münasibətə diqqət çəkərək onların apardığı siyasətləri müqayisə edib:

"Tramp 2016- 2020- ci illərdə prezident olduğu dövrdə Amerikadakı erməni lobbisi ilə məsafə saxlayırdı. Eyni xətt yenidən davam edə bilər. Çünki Tramp daha çox iqtisadiyyata önəm verir. Respublikaçılar Azərbaycanla işləməyə meyillidir. Bayden isə Ermənistan- Azərbaycan arasında balans saxlamır, Ermənistanın mövqeyindən çıxış edirdi. Trampın dövründə isə Azərbaycanla daha çox əməkdaşlıq edilirdi. Biz Respublikaçıların yenidən bu balansı qorumağa çalışacaqlarını gözləyə bilərik. Nəzərə almalıyıq ki, Respublikaçılar həm senatda, həm də nümayəndələr palatasında çoxluğu təmin edirlər. Amma zaman- zaman Amerikada xüsusilə Demokratların Azərbaycana qarşı, erməni maraqları kontekstindən qanun verici orqanlarda çıxışlar etdiklərini müşahidə etmişik".

A.Nərimanlı Trampın gələcək dövrdə Cənubi Qafqaza çox da diqqət ayırmayacağından söhbət açıb: 

"Əvvəlki dövrə baxsaq onun Avropa və Yaxın Şərqə daha çox diqqət ayırdığını görərik. O, balansı qoruyacaq. Bu da təbii ki, bütün hallarda Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına tövfə ola bilər. Çünki Baydenin admintrasiya dövründə Ermənistanın dəstəkləməsi Ermənistanın qeyri- konstruktiv mövqe sərgiləməsinə gətirib çıxarırdı. Amerikadan dəstək görən Ermənistan sülh danışıqlarından yayınırdı və daha çox iddialar səsləndirirdi. Bu dəstəyin olmaması və ya azaldılması Ermənistanı məcbur edə bilər ki, regionun reallıqlarını nəzərə alsın və konstruktiv mövqeydən çıxış etsin".

 Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il