Ukraynanın keçmiş prezidenti gözlənilmədən Bakıya gəlib
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkədə paylaşım edib.
Paylaşımda “Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” ifadəsi yer alıb.
Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb. Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini sadəcə 2022-ci ildə başlayan münaqişə kimi deyil, daha uzunmüddətli Rusiya-Ukrayna qarşıdurmasının növbəti mərhələsi kimi qiymətləndirir.
2025-ci ilin avqustunda o, hazırkı müharibəni Ukrayna xalqının azadlıq və müstəqillik uğrunda əsrlər boyu davam edən mübarizəsinin həlledici mərhələsi kimi xarakterizə etmişdi.
13:37 16.08.2026
Oxunuş sayı: 50