İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.
Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
15:12 15.08.2026
Oxunuş sayı: 41