Emin Ağalarov açıqlama verdi
“Sea Breeze”də akvaparkda həyatını itirən uşağın ailəsinə başsağlığı verilib və ailəyə hərtərəfli dəstək göstəriləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Sea Breeze”nin rəhbəri Emin Ağalarov hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, hadisənin bütün hallarının araşdırılması üçün hazırda istintaq aparılır və “Sea Breeze” komandası araşdırmaya hərtərəfli dəstək göstərir. Ağalarov həmçinin akvapark ərazisindəki bütün təhlükəsizlik tədbirlərinin əlavə olaraq yoxlanılacağını və gücləndiriləcəyini qeyd edib.
14:18 15.08.2026
Oxunuş sayı: 46