Yenakiyevoda hipermarketə hücum: yaralılar var
Donetsk Xalq Respublikasının Yenakiyevo şəhərində yerləşən Qalaktika hipermarketində Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra yanğın baş verib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəər verir.
Yenakiyevo administrasiyası rəhbərinin müavini Sergey Bojik bildirib ki, hücum nəticəsində hipermarketin iki əməkdaşı yaralanıb.
Hadisə yerində yanğının söndürülməsi və nəticələrin aradan qaldırılması üçün işlər aparılır.
Qeyd edək ki, hücumla bağlı tərəflərin açıqlamaları fərqlənir və hadisənin detalları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
00:04 15.08.2026
Oxunuş sayı: 46