ABŞ NATO ölkələrini sınağa çəkir: Trampdan müttəfiqlərə sərt suallar
ABŞ administrasiyası Avropadakı hərbi iştirakını azaltmaq ehtimalı fonunda NATO müttəfiqlərinin Prezident Donald Trampın siyasətinə nə dərəcədə sadiq olduğunu qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, müttəfiq ölkələrə göndərilən sənəddə ABŞ-nin xarici siyasət kursunu açıq şəkildə dəstəkləyib-dəstəkləmədikləri, ölkələrində yerləşən Amerika hərbi bazalarından istifadəyə məhdudiyyətlər tətbiq edib-etmədikləri, eləcə də ABŞ müdafiə şirkətlərindən silah alıb-almadıqları ilə bağlı suallar yer alır.
Nəşr bildirir ki, bu sorğu Vaşinqtonun Avropadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı qərarlar qəbul etməzdən əvvəl müttəfiqlərin mövqeyini qiymətləndirmək məqsədi daşıyır.
18:27 14.08.2026
Oxunuş sayı: 43