Ukrayna qüvvələri Donetskdə Tovsteni azad edib
Ukraynalı dəniz piyadaları və desant qüvvələri Donetsk vilayətində yerləşən Tovste yaşayış məntəqəsinə nəzarəti bərpa etdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb.
Məlumata görə, əməliyyatda dəniz piyadaları və desant bölmələrinin hərbçiləri iştirak edib. Tovstenin nə vaxt və hansı əməliyyat nəticəsində nəzarətə götürüldüyü barədə əlavə məlumat verilməyib.
12:39 14.08.2026
Oxunuş sayı: 43