Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub
Kiprin "Pafos" klubunda çıxış edən Azərbaycan futbolçusu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub.
Crossmedia.az xəbər verir ki, 20 yaşlı futbolçu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zaltsburq" komandasına qarşı keçirilən görüşün 84-cü dəqiqəsində fərqlənib.
Murad Məmmədov bu qolla "Pafos"un hesabı 3:3-ə çatdırmasına kömək edib.
Qeyd edək ki, komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zaltsburq" 1:0 hesabı ilə qalib gəlib.
22:53 13.08.2026
Oxunuş sayı: 39