İrəliləyiş var – İran və ABŞ arasında qapalı görüşlər başlayıb
İran və ABŞ arasında qapalı formatda danışıqların aparıldığı və müəyyən irəliləyişin əldə edildiyi bildirilib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi məlumat verib.
Diplomat Tehran və Vaşinqton arasında təmaslarda irəliləyiş olub-olmaması ilə bağlı suala müsbət cavab verib və məsləhətləşmələrin hazırda davam etdiyini bildirib.
Feysəl Niyaz Tirmizi danışıqların İslamabadda keçirilib-keçirilmədiyi barədə məlumat verməkdən imtina edib. O, bunun açıq məlumat olmadığını, lakin proses üzərində iş aparıldığını qeyd edib.
22:10 13.08.2026
Oxunuş sayı: 42