Ukraynada böyük əməliyyat: F-16 bazalarını izləyən şəbəkə ifşa edilib
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Baş Kəşfiyyat İdarəsinin maraqlarına xidmət etdiyi iddia edilən agent şəbəkəsini zərərsizləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 14 nəfərdən ibarət qrup Ukraynadakı hərbi aerodromlar və F-16, eləcə də Mirage 2000 qırıcılarının yerləşdiyi bazalar barədə məlumat toplayıb.
Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, toplanan məlumatlardan Ukrayna aviasiyasına qarşı raket zərbələrinin hazırlanması üçün istifadə olunması planlaşdırılıb.
20:38 13.08.2026
Oxunuş sayı: 41