Azərbaycanda 7 ayda 273 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 272 923 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə Crossmedia.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Hesabat dövründə "ASAN İmza"lar 173 826 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 6 % azdır.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Sertifikatlar 3 il etibarlıdır.
13:41 13.08.2026
Oxunuş sayı: 40