Ərdoğandan Netanyahuya sərt ittiham: Məqsədləri xaosdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunun hökumətini Yaxın Şərqdəki gərginliklə bağlı tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ərdoğan bildirib ki, Netanyahu hökumətinin məqsədi bölgədə yaranan xaosdan və yeni münaqişələrdən faydalanmaqdır.
Türkiyə liderinin sözlərinə görə, İsrail Fələstin məsələsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmağa çalışır.
“Onlar nə etsələr də, buna nail ola bilməyəcəklər. Fələstini məhv etməyə nə qədər çox çalışsalar, Fələstin məsələsi insanların qəlbində bir o qədər çox yaşayacaq”, - deyə Ərdoğan bildirib.
23:50 12.08.2026
Oxunuş sayı: 41