İsrailə təzyiq artır: Böyük Britaniya yeni tədbirlər hazırlayır
Böyük Britaniya hökuməti İsrailə qarşı daha sərt tədbirlər hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Məlumata görə, Londonun nəzərdən keçirdiyi addımlar arasında işğal olunmuş Qərb Sahilindəki İsrail yaşayış məntəqələrindən gələn məhsullara mümkün qadağa da var.
Böyük Britaniya hökuməti daha əvvəl Qərb Sahilindəki İsrail məskunlaşmalarını beynəlxalq hüquqa zidd hesab etdiyini açıqlayıb və bu ərazilərlə iqtisadi əlaqələrə dair məhdudiyyətləri sərtləşdirib.
London daha əvvəl bəzi İsrail şəxslərinə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib, həmçinin Britaniya şirkətlərinə həmin məskunlaşmalarda iqtisadi fəaliyyət göstərməmələri barədə xəbərdarlıq edib.
23:20 12.08.2026
Oxunuş sayı: 47