İsrail rəsmisi: biz siyasətimizi davam etdirəcəyik
İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarından qoşunlarını geri çəkməyəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kats bildirib ki, bu, İsrailin mövcud siyasətidir və həmin xətt davam etdiriləcək.
“Biz nə Livandan, nə Suriyadan, nə də Qəzzadan təhlükəsizlik zonalarından qoşunları çıxarmayacağıq. Bu bizim siyasətimizdir və onu davam etdirəcəyik”, - deyə nazir bildirib.
İsrail bu mövqeyi sərhədlərin və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə əsaslandırır. Kats daha əvvəl də İsrail ordusunun bu ərazilərdə müddətsiz qala biləcəyini açıqlamışdı
23:00 12.08.2026
Oxunuş sayı: 46