Paşinyan və Zelenski regiondakı vəziyyəti müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı keçirib.
Crossmedia.az ˝Sputnik Armenia˝ya istinadən xəbər verir ki, tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.
Söhbət zamanı, həmçinin regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
20:27 12.08.2026
Oxunuş sayı: 40