Rusiya rəsmisi Ukraynada qeyri-adi ritualların adi hala çevrildiyini iddia etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynada ölüm kultunun açıq şəkildə təbliğ edildiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bu fikirləri Ukraynada nasistlərin əlaltılarının qəhrəmanlaşdırılması ilə bağlı məsələni şərh edərkən səsləndirib.
Şoyqunun sözlərinə görə, ölkədə həlak olan Ukrayna Silahlı Qüvvələri hərbçilərinin dəfn mərasimlərində qeyri-adi rituallar keçirilməsi adi hala çevrilib.
20:17 12.08.2026
Oxunuş sayı: 45