Moldovada dil qalmaqalı: Müdafiə naziri rus dilində suala cavab vermədi
Moldovanın müdafiə naziri Anatolie Nosatıy mətbuat konfransı zamanı jurnalistin rus dilində ünvanladığı suala cavab verməyib.
Crossmedia.az xəbər verir ki, ˝NewsMaker˝-in məlumatına görə, jurnalist sualı dövlət dili olan rumın dilində təkrarladıqdan sonra nazir rumın nitqini eşitməkdən məmnun olduğunu bildirib.
Nosatıyın davranışı Moldova KİV-lərində və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Buna səbəb nazirin hökumətin rəsmi saytındakı bioqrafiyasında rus, rumın və ingilis dillərində sərbəst danışdığını qeyd etməsidir.
Məlumata görə, Nosatıy 1990-cı illərin əvvəllərində Odessadakı hərbi məktəbdə təhsil alıb.
19:27 12.08.2026
Oxunuş sayı: 39