Gürcüstan, Azərbaycan və Türkiyə strateji əlaqələri daha da gücləndirməlidir – Kobaxidze
Gürcüstan, Azərbaycan və Türkiyə strateji əlaqələri daha da gücləndirməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Türkiyə ilə münasibətlərdə müsbət dinamikanın olduğunu bildirib.
“Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamikamız var. Təbii ki, bu istiqamətdə işlər fəal şəkildə davam etdiriləcək”, – Kobaxidze deyib.
O, üç ölkə arasında mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyini vurğulayıb.
18:18 12.08.2026
Oxunuş sayı: 38