Moskva: Tbilisi siyasi təmaslara hazır deyil
Rusiya ilə Gürcüstan arasında siyasi əlaqələrin olmamasının səbəbi Tbilisinin belə təmaslara hazır olmamasıdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində bildirib.
Qaluzin Gürcüstanın hazırkı rəhbərliyini xarici təzyiqlərə boyun əymədiyinə görə tərifləyib. O, həmçinin rusiyalı turistlərin Gürcüstan iqtisadiyyatı üçün əhəmiyyətini, iki ölkə arasında mədəni və mənəvi əlaqələrin mövcudluğunu vurğulayıb.
Rusiya XİN rəsmisi Moskva ilə Tbilisi arasında siyasi təmasların olmadığını qeyd edərək bunun Gürcüstan tərəfinin mövqeyi ilə bağlı olduğunu bildirib. Qaluzinin sözlərinə görə, Moskva üçün Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin məsələsi də prioritet olaraq qalır.
14:37 12.08.2026
Oxunuş sayı: 44