Qırğızıstanda 5 bal gücündə zəlzələ baş verib
Qırğızıstanda təxminən 5 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Narın vilayətində, Bişkekdən 110 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanlar Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb, dağıntılar barədə də məlumat daxil olmayıb.
13:56 12.08.2026
Oxunuş sayı: 41