Meksikada yaşlı kişini yük maşınının altına itələyən şəxs saxlanılıb
Meksikanın Monterrey şəhərində yaşlı piyadanı qəsdən yük maşınının qarşısına itələyərək ölümünə səbəb olan 35 yaşlı kişi saxlanılıb.
Crossmedia.az xəbər verir ki, hadisə Nüvo-Leon ştatında, Ruis Kortines prospektində baş verib.
Məlumata görə, təqaüdçü kişi səkidə hərəkətdə olarkən qarşıdan gələn şəxslə toqquşub. 35 yaşlı Ektor İvan adlı şübhəli onu çiyni ilə güclü şəkildə itələyib.
Zərbənin təsirindən yaşlı kişi müvazinətini itirərək yola yıxılıb və hərəkətdə olan yük maşınının təkərləri altında qalaraq ölüb.
Polis təhlükəsizlik kameralarının görüntüləri əsasında şübhəlini Monterrey şəhərinin mərkəzi hissəsində saxlayıb.
Axtarış zamanı onun üzərindən narkotik maddələr olduğu ehtimal edilən bir neçə paket də aşkarlanıb.
Şübhəli hazırda həbsdə saxlanılır və araşdırmanın davam etdirilməsi üçün prokurorluğa təhvil verilib.
18:10 11.08.2026
Oxunuş sayı: 40