CROSSMEDIA - Aktauda qəzaya düşən təyyarənin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur
Gündəm

Aktauda qəzaya düşən təyyarənin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur

AZAL-ın dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur.

Böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar.

Onlar İqor Kşnyakinin fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.

Sözügedən ünvana "Azərbaycan Hava Yolları" tərəfindən əklil də göndərilib.(Report)

09:54 27.12.2024

Oxunuş sayı: 2874

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR