Miroşnik: Hər ölüm Qərbin vicdanındadır
Rusiya rəsmisi Ukraynaya silah tədarük edən Qərb ölkələrini hücumlar nəticəsində ölən dinc sakinlərin ölümündə məsuliyyət daşımaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Ukrayna üzrə xüsusi nümayəndəsi Rodion Miroşnik bu barədə açıqlama verib.
O, Qərbin Kiyevə silah verməklə münaqişənin davam etməsinə şərait yaratdığını bildirib.
Miroşnikin sözlərinə görə, hücumlar nəticəsində ölən hər bir insanın və dağılan ailələrin məsuliyyəti Ukraynaya silah verən ölkələrin üzərinə düşür.
“Dağılan hər bir həyat, dinc insanın hər bir məhv edilmiş taleyi silahı nasist qatillərinin əlinə verən və onların törətdikləri cinayətlərə görə cəzanın olmayacağına inanmasına imkan yaradanların vicdanındadır”, – deyə Miroşnik bildirib.
12:14 10.08.2026
Oxunuş sayı: 51