Azərbaycan "yox!" deyir
Çeçenistan hakimiyyəti dünən bəyan edib ki, “Ramzan Kadırovun göstərişi ilə Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan və zərərçəkmiş ailələrə maliyyə və digər yardımlar göstərməyə hazırdırlar”.
Lakin "Day.az"ın teleqram kanalında yazılan məlumata görə, Azərbaycan Prezident Administrasiyasındakı mənbə bildirib ki, ölkə hər hansı yardıma ehtiyac duymur və bu yardımı qəbul etməyəcək.
“Azərbaycan heç bir yardıma ehtiyac duymur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcək. Biz öz vətəndaşlarımıza lazım olan dəstəyi göstəririk və göstərəcəyik. Azərbaycan faktın tanınmasını, üzr istənilməsini və müvafiq kompensasiyaların ödənilməsini tələb edir”, - Prezident Administrasiyasındakı mənbə bildirib.
Gültac Mehdizadə
07:56 27.12.2024
Oxunuş sayı: 5276