Gelencikdə bütün çimərliklər bağlandı
Rusiyanın Gelencik şəhərində, eləcə də Kabardinka və Divnomorsk kənd dairələrində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən bütün çimərliklər bağlanıb.
Crossmedia.az xəbər verir ki, Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bu barədə "Maks" sosial şəbəkəsində məlumat yayıb.
Şəhər rəhbərinin sözlərinə görə, PUA hücumu təhlükəsi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqədar Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrindəki bütün çimərliklərin fəaliyyəti dayandırılıb.
Boqodistov sakinləri təşvişə düşməməyə çağırıb. O, hazırda sakinlərin və turistlərin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
16:27 08.08.2026
Oxunuş sayı: 59