Çimərliyə üz tutanların diqqətinə: Təhlükə var
Küləkli havada dənizə girmək təhlükəlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub.
Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcək:
"Küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq".
10:51 06.08.2026
Oxunuş sayı: 58