Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.
18:24 05.08.2026
Oxunuş sayı: 48