Tehranda güclü yanğın: Yaralananlar var
İranın şimalında yerləşən Tehran əyalətində baş verən yanğın nəticəsində 18 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə xidmətinin rəsmi nümayəndəsi Şarvin Təbrizi məlumat verib.
Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Yanğın Şəmsabad şəhərində baş verib. İlkin məlumata görə, hadisəyə mayeləşdirilmiş qaz çəninin alışması səbəb olub.
Yerli hakimiyyət orqanları hadisənin zərbə və ya mərmi düşməsi ilə əlaqəli olmadığını bildiriblər.
20:46 04.08.2026
Oxunuş sayı: 60