Cənubi Qafqazda yeni mərhələ: TRİPP layihəsi üzrə tarix açıqlandı
TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir.
Crossmedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:
"Bu layihə bölgə üçün çox əhəmiyyətlidir.Azərbaycan tərəfli mütəmadi şəkildə ABŞ tərəfindən bu proseslə bağlı məlumatlar alır. Gözləntimiz 2026-ci ildə 42 km-lik ərazidə fiziki işlərə başlanılmasıdır. Azərbaycan dövlti öz üzrəinə düşən bütün işləri sürətli şəkildə həyata keçirir".
Ceyhun bayramov bildirib ki, Naxçıvanda 180 km yaxın dəmiryolu xətti mövcuddur ki, 30 il ərazində işkək olmayıb: "Orada da əlavə investisiyaya ehtiyac var və bu sahədə də işlərə başlanılıb".
Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir.
"Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Növbəti mərhələdə hesab edirik ki, ticarət genişlənə də bilər".
C.bayramov deyib ki, son bir ilə yaxın zamanda Azərbaycandan Ermnənistanda 60 min ton yük, 20 min ton isə neft məhsulu keçib.
13:49 04.08.2026
Oxunuş sayı: 51