Tverdə Wildberries anbarına ziyan dəydi
Rusiyanın Tver vilayətində gecə saatlarında pilotsuz uçuş aparatının (PUA) hücumunun dəf edilməsi zamanı qalıqlar Wildberries anbar kompleksinə ziyan vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Tver vilayətinin rəhbəri İqor Rudenyanın administrasiyasının rəhbəri Maksim Korolyov məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində düşən qalıq anbar binasının divarını qismən zədələyib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
12:34 04.08.2026
Oxunuş sayı: 51